Dünya Özəl

Rusiya ordusu Zaporojye vilayətini bombaladı

Rusiya ordusu Zaporojye vilayətini bombaladı

Rusiya ordusu Ukraynanın cənubundakı Zaporojye şəhərində biznes mərkəzinə zərbə endirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bildirilib.

Açıqlamaya görə, Zaporojyedə biznes mərkəzi rus ordusu tərəfindən bombalanıb və yanğın baş verib.

Hadisə yerinə gələn xilasetmə qrupları 4-ü yük maşını olmaqla, 14 avtomobilin yandığını müəyyən edib.

Yanğın daha geniş əraziyə yayılmadan tez bir zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova