Türkiyənin Zonquldak vilayətində avtomobil motosikletlə toqquşub.
Demokrat.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Əraziyə təcili tibbi yardım və xilasetmə qrupları göndərilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı, qəzada həyatını itirən şəxsin AK Partiya üzvü Yaşar Arslanın oğlu Məhəmməd Əli Arslan olduğu öyrənilib.
Qeyd edək ki, araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


