Dünya

Pakistanda terror aktı nəticəsində 13 nəfər ölüb

Pakistanda terror aktı nəticəsində 13 nəfər ölüb

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.//Report

D
demokrat.az