Dünya Özəl

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşdü

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Görüş İran və Səudiyyə Ərəbistanı arasında yaxınlaşma və əlaqələrin genişləndirilməsinin əlaməti kimi qiymətləndirilib.

Görüşdə həmçinin, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan da iştirak edib.

Mediaya qapalı keçirilən görüşlə bağlı təfərrüatlar açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova