Türkiyədə daha 3 terror təşkilatının üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Demokrat.az xəbər verir ki, bu barədə ölkədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhlükəsizlik Müdirliyi və Kəşfiyyat Şöbə Müdirliyi tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində daha 3 terrorçu təslim olub:
"Son 2 ayda təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 32-yə yüksəlib. Terrorla mübarizənin bütün sahələrində iştirak edən qəhrəmanlarımızı təbrik edirəm. Mübarizəmiz terrorun sonuna qədər davam edəcək " .
Aysu Demokrat.az


