Dünyaca məşhur müğənni Britni Spirs və Sem Asqarinin evliliyi xəyanət üzündən sona çatır.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada yer alıb.
Məlumata görə, sosial şəbəkələrdəki paylaşımları ilə gündəmə gəlməyi sevməyən cütlük evliliklərində problem yaşayır. Pop ulduzu Britni Spirsin ərini aldatdığı iddia edilir.
Müğənninin yoldaşı Sem artıq boşanmaq üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub.
Aysu Demokrat.az


