Hadisə

Qəbələdəki yanğın məhdudlaşdırıldı

Qəbələdəki yanğın məhdudlaşdırıldı

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə əməliyyatlarına FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb ediliblər.

D
demokrat.az