Gündəm

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı iclas təyin etdi

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı iclas təyin etdi

BMT Təhlükəsizlik Şurası avqustun 16-da Laçın yolu ilə bağlı vəziyyəti müzakirə etmək üçün iclası keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. “İclas avqustun 16-da saat 15:00-da keçiriləcək”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, bu iclas Ermənistanın tələbi ilə çağrılıb.

Avqust ayından ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

D
demokrat.az