Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
FHN-dən Demokrat.az-a verilən xəbərə görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd elektrik sobası və 1 ədəd qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


