Mədəniyyət Özəl

Xalq artisti Ramiz Məlik: “Cənab Prezidentə təşəkkürümü bildirirəm, var olsun!”

Xalq artisti Ramiz Məlik: “Cənab Prezidentə təşəkkürümü bildirirəm, var olsun!”

Görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Demokrat.az bu münasibətlə təltif edilən məşhur aktyorun təəssüratlarını öyrənib:

“Sənətimə verdiyi yüksək qiymətə görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Çox sağ olsun, var olsun!”

Ramiz Məlik səhhəti barədə də açıqlama verib:

“Şükür, səhhətim normaldır. Düzəlib”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova