Mərakeşin cənubundakı Aqadir stansiyası 50,4°C istilik qeydə alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Mərakeşin Baş Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu, Mərakeşdə meteoroloji ölçmələr tarixində ən yüksək göstəricidir. Bundan əvvəlki rekord təxminən 2 həftə əvvəl Qərbi Böyük Səhrada yerləşən Smara şəhərində qeydə alınıb: 49,9°C.
Qeyd edilib ki, Mərakeşin bəzi ərazilərində bu həftə temperatur iqlim normasından 13 dərəcə yüksək olub.//APA


