Hadisə

Bu gün hava küləkli olacaq

Bu gün hava küləkli olacaq

Bazar günü Bakıda və Abşeronda hava küləkli olacaq, yağıntı olmayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 21-də aran rayonlarında havanın temperaturu 35-40, dağlarda 23-28 dərəcə isti olacaq

D
demokrat.az