Hadisə

Azərbaycanda ziyarətə gedənlərin maşını AŞDI

Azərbaycanda ziyarətə gedənlərin maşını AŞDI

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

“Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az