Türkiyənin Kırşəhər rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, Kırşehir-Kayseri yolunda hərəkətdə olan minik avtomobili sürətlə yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü yerindəcə dünyasını dəyişib. Digər 4 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralıları xəstəxanaya yerləşdirib.
Aysu Demokrat.az


