Türkiyə ordusunun İraqın şimalında yaralanan hərbçisi bu gün şəhid olub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece xəstəxanada vəfat edib. Qeyd edək ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.


