ünyaşöhrətlimüğənniRihannaikincidəfəanaolub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin yaxınlarına istinadən “Media Take Out” məlumat yayıb.
Bildirilib ki, Rihannanın qız övladı dünyaya gəlib. Nəşrin məlumatına görə, ulduz artıq xəstəxanadan çıxıb və hazırda Los-Ancelesdəki malikanədədir.
Rihanna ikinci hamiləliyini “Super Bowl 2023” zamanı, ilk doğuşundan doqquz ay sonra elan edib.
Qeyd edək ki, Rihanna reper A$AP Rocky ilə sevgilidir. Cütlüyün oğlu da var.


