Hadisə

Şirvan sakinini qatar vurdu

Şirvan sakinini qatar vurdu

Şirvanda 27 yaşlı gənci qatar vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin mərkəzindən keçən dəmir yolunda qeydə alınlb.

Eşitmə qüsurlu Şirvan sakini, 1996-cı il təvəllüdlü Arifli Asəf Adışirin oğlunu qatar vurub. 27 yaşlı gənc ağır müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az