Hadisə Özəl

Xəstəxanada yanğın — Xəstələr təxliyə edildi

Xəstəxanada yanğın — Xəstələr təxliyə edildi

Türkiyədə özəl xəstəxanalardan birində baş verən yanğınla əlaqədar 61 xəstə təxliyə edilib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Yalova vilayətində baş verib.

Xəstəxananın təcili yardım şöbəsində elektrik naqillərin alışması ilə başlayan yanğın nəticəsində qısa müddətdə ətrafı tüstü bürüyüb.

İçəridə olan 61 xəstə dərhal əməkdaşlar tərəfindən təxliyə edilərək, digər özəl xəstəxanalara yerləşdirilib.

Yanğınsöndürmə və xilasetmə qrupları yanğına müdaxilə edib.

Yanğın qısa müddət ərzində söndürülüb.

Aysu Demokrat.az

D
demokrat.az