Qırğızıstanın İssık-Kul bölgəsində baş verən sel nəticəsində 92 ev ziyan görüb.
Demokrat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, İssık Kul vilayətinin Taldı-Suu, Köçu və Korumdu kəndlərində yağan leysan yağışlar daşqına səbəb olub.
Daşqın böyük olduğu üç kənddə 92 evə və daxili yollara ziyan dəyib.
Rayon ərazisində aparılan təmizlik işlərində 103 nəfər şəxsi heyət iştirak edib.
Qeyd edək ki, təxliyə və təmizləmə işlərinin davam etdiyi bildirilib.
Aysu Demokrat.az


