Türkiyənin Bursa vilayətində yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisəyə səbəb sürücünün sürət həddini aşması olub.
Belə ki, səhər saatlarında sürətlə hərəkət edən avtomobil idarədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə avtomobildə olan 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Əraziyə gələn təcili tibbi yardım qrupları dərhal yaralını xəstəxanaya yerləşdirib.
Polis qrupları tərəfindən edilən araşdırmada, avtomobildə olan şəxslərin təhlükəsizlik kəmərini taxmadığı müəyyən edilib.
Aysu Demokrat.az


