Hadisə Özəl

20 yaşlı gənc dənizdə boğularaq öldü

20 yaşlı gənc dənizdə boğularaq öldü

Türkiyədə 20 yaşlı gənc dənizdə boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə bu gün, gecə saatlarında Samsun vilayətində baş verib.

Dostları ilə sərinləmək üçün dənizə girən gənc oğlan suda gözdən itib.

Ətrafdakıların xəbərdarlığı ilə əraziyə xilasetmə qrupları göndərilib.

Axtarışlardan sonra bu səhər gənc oğlanın cəsədi tapılaraq yaxınlarına təhvil verilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova