Hadisə Özəl

Zavodda yanğın oldu

Zavodda yanğın oldu

Türkiyədə təkrar emal zavodunda dəhşətli yanğın olub.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Adana vilayətində baş verib.

Təkrar emal zavodunda naməlum səbəbdən başlayan yanğın tezliklə qonşuluqdakı ətir və kosmetika fabrikinə keçib.

Əraziyə yanğınsöndürmə və xilasetmə qrupları gəlib, alova dərhal müdaxilə edilib.

Səlahiyyətlilər bildirib ki, 18 iş yerinə sıçrayan yanğın tez bir zamanda söndürülüb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova