Dünya Özəl

Okeanda itən gənc 35 saatdan sonra xilas edildi

Okeanda itən gənc 35 saatdan sonra xilas edildi

ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində itən 25 yaşlı şəxs təxminən 35 saatdan sonra tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Məlumata görə, 25 yaşlı gənc ötən günlərdə kiçik qayığı ilə Atlantik Okeanına doğru üzüb və geri qayıtmayıb.

Sahil mühafizə xidməti tez bir zamanda hava və dənizdən axtarış əməliyyatlarına başlayıb.

Axtarış əməliyyatları nəticəsində itkin gənc qayıqda sağ tapılıb.

Səlahiyyətlilər onun uzun müddət suda olmasına baxmayaraq, heç bir müalicəyə ehtiyacı olmadığını açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova