Hadisə

Goranboyda maşın aşdı: Ölən var

Goranboyda maşın aşdı: Ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Babək Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az