Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Demokrat.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
08:32
Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.
Demokrat.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.


