Hadisə

Biləcəridə quru otluq sahədə yanğın başlayıb

Biləcəridə quru otluq sahədə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Demokrat.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

D
demokrat.az