Türkiyənin sürətlə hərəkət edən yük maşınının təkərinin partlaması qəzaya səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 13:00 radələrində ölkənin İstanbul şəhərində baş verib.
Yük maşınının təkəri partladığına görə maşın yolda olan "Cip" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Əraziyə xilasetmə və təcili tibbi yardım qrupları cəlb olunub.Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.
Aysu Demokrat.az


