Türkiyənin Kastamonu vilayətində qapı fabrikində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, yanğın bu gün səhər saatlarında naməlum səbəbdən baş verib.
Əraziyə yanğın və xilasetmə qrupları gəlib, yanğına dərhal müdaxilə edilib.
Bütün müdaxilələrə baxmayaraq yanğın hələ də davam edir.
Alovun digər fabriklərə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.
Aysu Demokrat.az


