İdman

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Zaur Beslekoyevlə (AİN) görüşüb.

Rəqibinə 1:5 hesabı ilə uduzan Əhmədli gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın daha iki yunan-Roma güləşçisi avqustun 2-də qızıl medal uğrundamübarizə aparacaq.

NE
Nihadə Eyyubova