Dünyaca məşhur "Euphoria" serialında "Fez" obrazını canlandıran amerikalı aktyor Anqus Bulud dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, aktyorun ölüm xəbərini ailə üzvləri paylaşıb.
"Bizim yeganə təsəllimiz Anqusun ən yaxın dostu olan atası ilə qovuşduğunu bilməkdir", - ailənin paylaşımında deyilir.
Aktyorun ailəsi ilə yaşadığı evdə öldüyü bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, aktyorun keçən həftə atasını itirdiyi və psixoloji problemlər yaşadığı bildirilib.
Aysu Demokrat.az


