Türkiyədə 16 yaşlı oğlan anasını güllələyərək öldürüb.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Samsun vilayətində baş verib.
Yeniyetmə anası ilə naməlum səbəbdən mübahisə edib və əsəbləşərək tapança ilə atəş açmağa başlayıb.
Nəticədə ağır yaralanan 43 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Anasının öldüyünü görən oğlan qaçsa da, daha sonra polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


