Dünya Özəl

Danimarkada yenə Quran yandırıldı

Danimarkada yenə Quran yandırıldı

Danimarkada ifrat sağçı qrup paytaxt Kopenhagendə məscidin qarşısında Qurani-Kərimi yandırıb.

Demokrat.az xəbər verir ki, qrup üzvləri təxribat anlarını sosial şəbəkələrdə canlı olaraq paylaşıblar.

Təxribatçılar İslam əleyhinə pankartlar açıb, meqafonla İslamı təhqir edən şüarlar səsləndiriblər.

Eyni zamanda, İslam Cəmiyyətinə məxsus məscidin qarşısında cümə namazının sonunda Quran kitabını yandırıblar.

Qeyd edək ki, təxribat polisin təmin etdiyi təhlükəsizlik şəraitində həyata keçirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova