Sosial Özəl

"Azəriqaz"a daxil olan müraciətlərin sayı AÇIQLANDI

Azəriqaza daxil olan müraciətlərin sayı AÇIQLANDI

"Bu ilin 6 ayı ərzində 104 çağrı mərkəzinə 500 min 513 müraciət daxil olub".

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz" İB-nin “Çağrı Xidməti” şöbəsinin rəisi Xalidə Şimşək jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, keçən illə müqayisədə 43 min 624 müraciət az daxil olub:

"Belə ki, təzyiqlə bağlı 37 min 96, qaz təchizatı ilə bağlı 29 min 967, qaz sızmaları ilə bağlı isə 27 min 746 müraciət daxil olub. Qeyd edək ki, ümumi müraciətlərin 41 faizi sayğaclarla, 33 faizi isə maarifləndirici məlumatlarla bağlıdır. Məlumat üçün bildirək ki, bu ilin təkcə iyun ayı ərzində 50 min 302 müraciət daxil olub".

Aysu Demokrat.az

D
demokrat.az