Hadisə

Qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi — FOTO

Qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi — FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Demokrat.az-a bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının “Ford” markalı, 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucov tərəfindən daşındığı məlum olub:

“Faktla bağlı akt, protokol tərtib olunub və sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb”.

Demokrat.az

Qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi — FOTO

D
demokrat.az