Türkiyənin Muğla vilayətində silahlı dava nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, içkili olduqları iddia edilən 5 nəfər arasında naməlum səbəbdən mübahisə baş verib.
Mübahisə nəticəsində silahlı şəxs ətrafa doğru atəş açmağa başlayıb və sonda özünü güllələyib.
Nəticədə 2 nəfər dünyasını dəyişib, 1 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə polis və Təcili tibbi yardım qrupları gəlib.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Digər 2 nəfər isə polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Aysu Demokrat.az


