Hadisə

Yük avtomobillərində gizlədilmiş siqaretlər aşkar edildi — FOTO

Yük avtomobillərində gizlədilmiş siqaretlər aşkar edildi — FOTO

Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Azərbaycana gələn iki yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Demokrat.az xəbər verir ki, baxış zamanı həmin avtomobillərdə gömrük nəzarətindən gizlədilmiş 390 qutu “Parliament Platinum”, 400 qutu “Parliament Aqua Blue”, 70 qutu “Marlboro Silver Blue”, 10 qutu “Marlboro White” markalı, ümumilikdə 870 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Yük avtomobillərində gizlədilmiş siqaretlər aşkar edildi — FOTO

D
demokrat.az