Dünya Özəl

NASA da elektrik kəsildi

NASA da elektrik kəsildi

NASA-nın Teksasdakı Conson kosmik mərkəzində elektrik enerjisi kəsilib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi nəticəsində 7 kosmonavtla qısamüddətli əlaqə problemi yaşanıb.

20 dəqiqəlik kəsintidən sonra Rusiyadan olan rabitə sistemi vasitəsilə kosmonavtlarla ünsiyyətə keçmək mümkün olub.

Kosmik Stansiyanın proqram meneceri Joel Montalbano NASA-nın fasilə səbəbi ilə ilk dəfə ehtiyat sistemlərdən istifadə etməli olduğunu ifadə edib.

Eyni zamanda günün sonunda elektrik kəsilməsinə səbəb olan problemi həll etməyi ümid etdiklərini vurğulayıb.

Aysu Demokrat.az

D
demokrat.az