Hadisə Özəl

Yanğın nəticəsində 4 nəfər öldü

Yanğın nəticəsində 4 nəfər öldü

İtaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, Siciliya adasının 86 ərazisində yanğınla mübarizə aparılır.

Adadakı Palermo hava limanı ətrafında başlayan yanğın gecə saatlarında geniş əraziyə yayılıb. Yanğın yerində yanan iki cəsəd tapılıb.

Bundan əlavə 1 nəfər meşə işçisi və 88 yaşlı qadın da yanğın nəticəsində həlak olub.

Beləliklə yanğın nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

Qeyd edək ki, qurudan və havadan yanğınla mübarizə tədbirləri davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az