Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Faktla bağlı akt, protokol tərtib olunub və B.Məmmədov barəsində qanunamüvafiq tədbir görülüb.
İşlik meşə materialının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı hazırda araşdırma aparılır.
Demokrat.az


