Hadisə Özəl

Sərnişin avtobusu qəzaya düşdü — 14 nəfər yaralandı

Sərnişin avtobusu qəzaya düşdü — 14 nəfər yaralandı

Türkiyənin Bolu vilayətində sərnişin avtobusu idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə 14 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, anidən idarəetmədən çıxan avtobus yoldan çıxaraq kolluq əraziyə daxil olub.

Hadisə yerinə jandarma və təcili tibbi yardım qrupları gəlib.

Yaralanan 14 nəfər isə ilkin müdaxilələrdən sonra xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az