"Ukrayna Ordusu 2022-ci ilin fevralından bəri Rusiyanın işğal etdiyi ərazilərin 50 faizini geri qaytarıb".
Demokrat.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken CNN-ə açıqlamasında bildirib.
O deyib ki, Kiyevin yerdə qalan əraziləri də almağa davam edəcəyinə inanır:
"Nəticələri görmək üçün bir neçə ay lazım olacaq. Hələ əks-hücumun ilk günlərində, həftələrindəyik. Bu, kifayət qədər çətin işdir. Cəmi bir neçə həftəyə nəticə gözləmək qeyri-realdır".
Xatırladaq ki, ABŞ 2022-ci ilin fevralından indiyədək Ukraynaya 41 milyard dollar hərbi yardım edib.
Aysu Demokrat.az


