Hadisə

Bakıda ağır qəza: İki qardaş öldü, iki nəfər yaralandı

Bakıda ağır qəza: İki qardaş öldü, iki nəfər yaralandı

Bakının Suraxanı rayonunda ağır qəza olub.

APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Ceyhun Zamiq oğlu Gərayovidarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Coşqun Zamiq oğluGərayovölüblər.

İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Yaralı sərnişinlər - 2008-ci il təvəllüdlü Vüsal Niyaz oğlu Cəfərovvə həmyaşıdı Kənan Emin oğlu KərəmliSabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.

NE
Nihadə Eyyubova