Çarli Çaplinin qızı, aktrisa Cozefina Çaplin Fransada vəfat edib.
Qaynarinfo bu barədə Fransanın "Le Figaro” nəşrinə istinadən xəbər verir.
Aktrisanın yaxınları onun 13 iyul 2023-cü ildə Parisdəki evində dünyasını dəyişdiyini bildiriblər. Ölümün səbəbləri açıqlanmayıb.
Cozefinanın 74 yaşı var idi. Çaplinin varisləri aktrisa ilə vidalaşmanın ailə əhatəsində və mətbuatın iştirakı olmadan baş tutduğunu bildiriblər.
Cozefina Çaplin aktyor və rejissor Çarli Çaplinin amerikalı aktrisa Oona O'Nil ilə dördüncü evliliyində dünyaya gəlib. Onun böyük bacısı Keraldine Çaplin də aktrisa idi.
Cozefinanın filmoqrafiyasında 20-dən çox layihə var, lakin "Kenterberi nağılları" və "Qırmızı gecələr" filmlərindəki rolları ona ən böyük uğur gətirib.



