Məşhur Türkiyəli müğənni Özkan Uğurun oğlu Alişan Uğur instagram hesabı ilə etdiyi paylaşımda atasının ölümü ilə bağlı hisslərini dilə gətirib.
Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:
“Nə qədər yorğun və kədərli hiss etdiyimi təsvir edə bilmirəm. Ürəyim parçalanır, sanki, sonsuz bir boşluqdayam.
Atamla olan həyatımın saysız-hesabsız gözəl xatirələrini düşünürəm, gülümsəyirəm.
Onun artıq bu dünyada olmadığına inanmaq çox çətindir. Amma bilirəm ki, o, həmişə mənimlə olacaq. O, əbədi təbəssümü ilə bizi izləməyə davam edəcək.
Onun kimi bir atanın oğlu olduğum üçün özümü həmişə çox şanslı hiss etmişəm və bütün ömrüm boyu ona layiqli övlad olmağa çalışmışam. Mən əlimdən gələni etməyə hər zaman davam edəcəm".
Aysu Demokrat.az


