“Google” süni intellektlə işləyən xəbər yazma funksiyasını sınaqdan keçirir.
Şirkəti jurnalistlərə işlərində kömək edəcək süni intellektlə işləyən yeni aləti istifadəyə vermək üçün media qurumları ilə müzakirə aparır.
Demokrat.az Frans Press-ə (AFP) istinadən xəbər verir ki, yeni məhsul artıq “The New York Times” tərəfindən sınaqdan keçirilib.
Qeyd olunub ki, jurnalistlərin işini asanlaşdıracaq yeni vasitə hələ sınaq mərhələsindədir.
“Google” şirkətinin nümayəndələri bildirib ki, yeni ixtira hər nə qədər jurnalistlərə mətnləri yazmaqda kömək etsə də onların əməyini əvəz edə bilməz. Çünki bu yenilik ancaq mətn yazmağa, başlıq və yazı üslubu seçməyə yardımçı olacaq. Onun yazıları redaktə etmək, video və foto reportajlar hazırlamaq kimi funksiyaları yoxdur.
Həmçinin bildirilib ki, dünyanın nüfuzlu media agentliklərindən olan “Associated Press” təxminən on ildir ki, korporativ qazanc hesabatlarının avtomatlaşdırılmış şəkildə yazılması üçün süni intellektin digər formalarından istifadə edir.
Buna baxmayaraq süni intellektin dünyada yayılması media çevrələrində narahatlığa səbəb olub.
Törə Zeynallı Demokrat.az


