Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ikimərtəbəli evdə yanğın olub.
Bu barədəFövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetrolan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 kvadratmetr olan üçotaqlı mənzilin arakəsmə divarı dördkvadratmetr və ümumi sahəsi 25 kvadratmetr olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


