Dünya Özəl

Keniyada 148 şagird sudan zəhərləndi

Keniyada 148 şagird sudan zəhərləndi

Keniyada içdikləri sudan zəhərlənən 148 nəfər orta məktəb şagirdi xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Citizen Digital" məlumat yayıb.

Məlumata görə, Nyamira bölgəsindəki bir məktəbdə 148 şagird mədə ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar nəticəsində şagirdlərin sudan zəhərləndiyi aşkarlanıb.

Qeyd edək ki, hadisənin təfərrüatları hələki məlum deyil.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az