Türkiyənin Kilis bölgəsində avtomobilin dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, avtomobil idarəetmədən çıxaraq Kilis-Hatay yolunun yaxınlığındakı dərəyə aşıb.
Nəticədə sürücünün atası hadisə yerində dünyasını dəyişib, sürücü və həyat yoldaşı isə ağır yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


