Dünyaca məşhur model Gigi Hadid və rəfiqəsi Kayman adalarına səfər edərkən çamadanlarında narkotik maddə aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata əsasən, Kayman Adalarının Gömrük və Sərhəd Nəzarətinin yaydığı açıqlama ilə məşhur modelin iyulun 10-da polis tərəfindən saxlanıldığı üzə çıxıb.
Açıqlamada deyilir: "Gigi Hadid və onun dostu, Leah Nikol Makkarti iyulun 10-da baqajlarında narkotik maddə aşkarlandığı üçün saxlanılıb. Sonra isə 1200 dollar girov müqabilində sərbəst buraxılıblar”.
Model və dostunun günahlarını etiraf etdiyi də vurğulanıb.
Aysu Demokrat.az


