İspaniyanın Milli Rəqabət Şurası (CNMC) ABŞ-ın "Apple" və "Amazon" şirkətlərini onlayn bazarda rəqabəti məhdudlaşdırdığına görə ümumilikdə 194 milyon 150 min avro cərimələyib.
Demokrat.az xəbər verir ki, bu barədə İspaniyanın Milli Rəqabət Şurası "CNMC" açıqlama yayıb.
Açıqlamaya görə, Şura "Apple"ı 143 milyon 640 min avro, "Amazon"u isə 50 milyon 510 min avro cərimələyib.
Cərimənin "Apple" və "Amazon" arasında imzalanan, İspaniyanın satışdan kənar qalmasına səbəb olan protokol ilə əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, satıcıların 90 faizindən çoxu "Apple" və "Amazon" arasındakı sözügedən protokola görə, İspaniyanın əsas onlayn bazarından kənarda qalıb.
Aysu Demokrat.az


